作词 : Pərviz Isaqov 作曲 : Vüsal Həsənov Mən yerdə uzanım, sən dizini qucaqla Pəncərələr açıqdır, əsir pərdələr... Bir neçə saat bir yerdə donaq Günəş yerin dəyişsin, gəzsin kölgələr Bəlkə gün gələr, içimi açaram mən sənə Amma döz hələ, gəl dost olaq Nə mən tələsim, nə sən tələs Sonu görməyə hələ yox həvəs Uç, aç qanad! aç qanad! aç qanad! aç qanad! Sən yaşa, mən yazım! Mən yaşamasam da olar, mən razı... mən razı... Burda royal bir neçə not vursaydı Olardı rəngarəng... Eyni ahəng bezdirəndə səni Mən əlini tutaram Uzağa gedərik, Biraz gəzərik Başını qoyub çiynimə Sən Oturarsan uzağa baxaraq... Mən isə susaram Hətta nəfəs almağa belə qorxaram ki, Birdən, çiynim qalxıb-düşər... Bizi sıxırdı şəhər! Ona görə qaçmışıq! İndi oxuyur quşlar... Ətraf yaşıllıq! Oyan! Oyan! Oyan! Oyan! Sən və mən... yenə də çirkli urban... Dayan! Dayan! Dayan! Dayan! Dayanmaq istəmirəm, gəl qaçaq burdan! Oyan! Oyan! Oyan! Oyan! Sən və mən... yenə də çirkli urban... Dayan! Dayan! Dayan! Dayan! Dayanmaq istəmirəm, gəl qaçaq burdan! Gəl, açaq qanad! Gəl, uçaq göyə! Gəl, qoşul mənə! Gəl, qoşul qaçaq! İstəmirəm qoçaqlıq eləmək... Mete, uşaqlıq eləmə! Sərhədlərim açıq Fikirlərim darmadağın mənim Mənim üçün yoxdur qızıl orta Ya yoxdur nəsə, ya çıxarıram ağın (ağın) Uça bilirəm. Elə bilmə bu tək dilimdədir Mənim qanadlarım belimdə deyil Mənim qanadlarım sənin əlindədir Bəlkə düşünürsən ki, sevgim sətirlər qədərdir?! Onda, oxuduqlarım hədərdir! (hədərdir!) Çünki mənim hisslərim daha dərindədir Yerin dibindədir... Bəlkə nüvədədir... Oyan! Oyan! Oyan! Oyan! Sən və mən... yenə də çirkli urban... Dayan! Dayan! Dayan! Dayan! Dayanmaq istəmirəm, gəl qaçaq burdan! Oyan! Oyan! Oyan! Oyan! Sən və mən... yenə də çirkli urban... Dayan! Dayan! Dayan! Dayan! Dayanmaq istəmirəm, gəl qaçaq burdan! STOP! Gərək iki qulağında da olsun qulaqlıq Və otağın olsun tam qaranlıq ki, Yazdıqlarımı dinləyib yaşaya biləsən bir anlıq Axtarma mənasını Mən məna üçün yazmıram bir hərf belə Bu dərin gölə bənzəmir! Bu səhra ortasında sərin bulaqdır! Qulağını aç! Qulağını aç! Qulağını aç! Qulağını aç! Qulağını aç! Qulağını aç! Ruhuna Qonaq Gəlim...