作词 : Pərviz Isaqov 作曲 : Pərviz Isaqov Qaranlığa doğan Günəş kimi Üfüqünü tək mənə göstər Bu notlar sözlərin acizliyi Susacam, növbəti sətirin başına qədər Əsrarəngiz voyaj Ləpələr üzərində rəqs üçün əlimi tut! Bizə qonaq gəlib Pokal Mən razıyam, belə çöksün son sükut Ruhuma bütövlük hakim Sən məni tanıyırdın Bəs bu sınaqlar nə idi? Bəs məni niyə yoxlayırdın? Bilsəydik, daha əvvəl qovuşardıq Yooox! Axı, artıq bizə qədər hər şey yazılmışdı Biz bilirdik, bizə deməsələr də Biz axı, susa-susa danışmağı bacarırdıq Göstərməsək də Kölgələrlə rəqs məni yordu Səni də buludlar Odur ki, açıldı qanadlar Mən səmada Sən səmadan Oyanmağım gəlmir röyadan Şüalan! Qaçacam açaraq yeni cığırlar Mənə gərək deyil arzulamaq uğurlar Üstümdə nəzərin var Nədir bu hüdud!? Axı, niyə hər şey belə sehrli?! Sus! Yola davam! Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?! Mən yanındayam! Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... Nədir bu hüdud!? Axı, niyə hər şey belə sehrli?! Sus! Yola davam! Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?! Mən yanındayam! Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... Gəlsin gecə göy üzünə buludlar Töksün buludlar yerə damcılar Bəlkə, onda bu şəhər oyanar Bəlkə, onda səhər açılar Bəlkə ulduzların yerinə sən Səmada parlayaraq görünərsən Bəlkə də, onda bu mahnını mən Pıçıldayaraq oxuyaram və gülərsən Gecə yarı mən bu sözləri yazanda Sən yatırdın, sən yatırdın! Gözlərin yumulu, əlin alnında Mən isə sənin şəklinə baxırdım Çox axtardığım, amma tapdığım Sən uzaqda, yenə uzaqda Yazıram qədəri tərsinə çevirməkçün Bu sətirləri, sənə uzaqdan Çöksün yenə yer üzünə qaranlıq Yenə vərəqlər, yenə dost qələm Vursun məni bədbinlik bir anlıq Yazıram-yazıram nəticə yox hələ Beləcə, gecəni səhərə çevirmək istəyi Yenə qonaq gələ sətirlərə Bu gün günorta görüşmüşdük Əllərimdir ətir hələ Gecə yarı mən bu sözləri yazanda Sən yatırdın, sən yatırdın! Gözlərin yumulu, əlin alnında Mən isə sənin şəklinə baxırdım Çox axtardığım, amma tapdığım Sən uzaqda, yenə uzaqda Yazıram qədəri tərsinə çevirməkçün Bu sətirləri, sənə uzaqdan