作词 : Pərviz Isaqov 作曲 : Vüsal Həsənov Sətirə qatıb dad kimi söz maraqlı Əlimə baxır min cürə göz maraqlı Niyə fərqlənir səhvlə düz maraqlı? Əlli niyə az? Niyə çox yüz, maraqlı? Sizə biz maraqlı, bizsə sadəcə Yolumuzu tutub gedirik sürətlə Bir mətləb qara qalmır kim axtarır ki Kim sualına cavab almır? Maraq artır kitaba, vərəqə, qələmə, müddətlə Nifrətlə, ya da icbari sevilmir heç nə! Bunu bu yaxınlarda dərk etmişəm mən Gecikmişəm ən maraqlı anında həyatımın Damğam üstümdə “Gecikirəm!” Cəmi doqquz ay çəkib üsyanım Yoluma davam, sonunadır marağım Axtarış bütün həyat Başqa nə mənası var ki, güya? (güya) Kim isə tapsa, möhkəm deyərdi ki Biz də duyaq (Biz də duyaq) Bu həyat qaydalarla doludur Dur, qaydalarını pozma oyunun Benjamin Button-u kim görüb ki? Biz hamımız getdikcə yaşa doluruq! Qazanc dalınca Günlər verilir! Əsəb... Əsəb... Sinir gərilir! Qazanc dalınca Günlər verilir! Əsəb... Əsəb... Sinir gərilir!