作词 : Pərviz Isaqov 作曲 : Vüsal Həsənov Gün ərzində günəşi izləyən Kölgələr kimi, sənə görə dəyişkən Ya da ömründə yağışı bilməyən Səhra qumları kimi, sənə həris mən Ovuclarında yuva qurum və Tərləyəndə ətrindən huş itsin Hər şey çox yaxşıdır, amma ki İstərəm ki, elə indi bitsin Dursun, qoy vaxt Donsun əqrəblər yerində Gəldinsə yanıma Tutdunsa əlimdən Dursun, qoy vaxt Donsun əqrəblər yerində Gəldinsə yanıma Tutdunsa əlimdən Söz dinləmir bu fikirlər Elə hey yanına qaçıb gedirlər Həqiqəti dəyişmir bu illər Sevginlə bütövləşir şəkillər Bir az uzaq qal, yoxla bəlkə heç Darıxmırsan, demək onda boş Səninlə bir saniyəlik əl-ələ Bir ömür süni gülüşdən xoş! Dursun, qoy vaxt Donsun əqrəblər yerində Gəldinsə yanıma Tutdunsa əlimdən Dursun, qoy vaxt Donsun əqrəblər yerində Gəldinsə yanıma Tutdunsa əlimdən