作词 : Pərviz Isaqov 作曲 : Ceyhun Zeynalov Məni mənə göstərəndə birinci dəfə güzgü Çox qorxmuşdum “Bu mənmiyəm?” – anlamamışdım “Qəribədir. Niyə bu belədir?” – sormuşdum Yormuşdum, bəlkə, buna görə, bezib “Unudulacaq bu!” – demişdilər mənə Amma illər keçir, mənsə güzgüdə hər dəfə Başqa bir mən görməyə öyrəşirdim Unutmaq əvəzinə… hmmm… içimdə hisslər isinirdi Mənliyimi deyilən kimi soyutmaq əvəzinə Və bir gün satış öyrəndim və bir gün alış öyrəndim Dedim özüm-özümə “alış!” Öyrəndim! Mən əvəzinə mən almaq öyrəndim Mən əvəzinə mən satmaq öyrəndim Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda Özümü tək qoyub, qaçmaq öyrəndim Və bir gün sən gəldin, qanad oldun Mən uçmaq öyrəndim Sən mənə çox öyrətdin Mən səndən çox öyrəndim Sətirlərin üzərində diyircəklə Rəqs eləmək nə gözəlmiş?! İşə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş Uçarkən yerə baxdım, gördüm “Göydən yer üstü nə gözəlmiş!?” Deyəcəkdim Gözləmədən və birdən sən getdin… Qanadlarsız qaldım Diyirləndim... diyirləndim… Şüuraltından şüur üstünə gələn qonağımsan Səni dərk etmək, görmək qədər mümkünsüz Məni anlaya bilsən, yalnız sən anlarsan Bəlkə də zamanı da danacaq beynim Bəlkə də bədəni də buraxacaq Bu ruhum səni görə bilmək üçün nələr etməzdi?! Amma nəfsim əksimə işləyən iti xəncər Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla Doğram-doğram… könül istər yenidən doğulam Ana bətnindən çıxan anda sevinc yox Qəm bəxş edə hər kəsə ölü cismim Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir Üsyan bu ruhda hakim. Məni bağışla! Bunu tək sən bacarırsan, çünki Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa Nə dəyərim var ki, sanki?! Bunu mənə öyrədən də sənsən Ala da bilərsən əgər istərsən Mənə əvvəl özünü dərk et buyurmusan Amma məni düşündürən bir neçə sual var Səndən niyə qorxuram? Sənə niyə qayıdacam? Məni niyə yaratmısan? Mən kiməm? Bəs sən kimsən?