作词 : Pərviz Quluzadə/Rza Məmmədli 作曲 : Pərviz Quluzadə/Rza Məmmədli Axşam tərəf gördüm gözəllərin gözlərində qəm Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən Gördüm səni, oldum dəli Bir dəfəlik dəniz axdı səmadan Axşam tərəf gördüm gözəllərin gözlərində qəm Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən Gördüm səni, oldum dəli Bir dəfəlik dəniz axdı səmadan Üzdən göyçək, yanağı qönçə Lazımsan, Ələsgərə necə Göyçə Gəl, dost olaq sənlə öncə Gülüm, öpüb səni sonra öləcəm Sənsiz dünyaları neylərəm? Həyat rəqsdir, çağırıram “rave”ə Boz şəhərə lazımdır rənglər Gözəlim, ölə bilərəm gülməyinə Çıxıram evdən axşama doğru, çöldə küləklər Gözləyir taksi, ‘’studio’’, "брат"lar ‘’Hip-hop’’ sevgi həmişə ürəkdə Çevirir şeirə gözləri ilə Aşiq gözəlliyinə Oyandım yuxudan, hiss elədim səhəri Baxdım ətrafa, gördüm, bozdur şəhərim Səsini duyunca xəyallarım rənglənir Anidən işığına vuruldu gözlərim Qapını açdım sənin üçün mən Uçdum səmalara öz evimdən Maşınlar axır Yağışlar yağır Baxışlar baxır Alışqan yanır Üzü axşama sarı məni çağır Axşam tərəf gördüm gözəllərin gözlərində qəm Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən Gördüm səni, oldum dəli Bir dəfəlik dəniz axdı səmadan Axşam tərəf gördüm gözəllərin gözlərində qəm Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən Gördüm səni, oldum dəli Bir dəfəlik dəniz axdı səmadan