|
作词 : Pərviz Isaqov |
|
作曲 : Vüsal Həsənov |
|
Biz nəyin axtarışındayıq görən? |
|
Bu illər nə öyrədir və ya nələr alır bizdən? |
|
Uşaqlıq oyunlarımız oyunlardan reala dönür |
|
İndi həyat məcbur edir, deşik axtar qaç-gizlən! |
|
Nə qalacaq bizdən? Nə? İzlər? |
|
Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər? |
|
Mən 11 ildir qələmə dostam |
|
Və 11 ildir boşdur poçtam |
|
Yazıram cavab gəlmir |
|
Mən axtarışdayam |
|
Hər qarışda onu tapacağımdan əmin idim |
|
Amma yaş keçdikcə ümidim itir |
|
Labirintlər ortasındayam |
|
Sözüm iti gündən-günə faydası nə? |
|
Öyrədin qaydasını |
|
Bəlkə həyat adlanan komediyada mən də rol aldım |
|
Qaçacam özümdən də |
|
Gizlənəcəm o ağacın kolgəsində |
|
O ağacı özüm əkmişəm |
|
Ya da çəkmişəm |
|
Sonra silmişəm |
|
Siz həyatı ciddiyə aldıqca |
|
Mən oyun bilmişəm |
|
İkiləşmişəm |
|
Bir tərəfim bağçaya gedəndə |
|
Bir tərəfim gedib işə |
|
Mən ən çox özümə gülmüşəm |
|
İllərin qazandırdığı qırışlardır |
|
Başqa heç nə |
|
Olmur bu zolaqları |
|
Qırışlarsız keçmək |
|
Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək |
|
Amma nə dəyişəcək ki, bu köçlə? |
|
Qaça biləcəksənmi əsas köçdən? |
|
Həyat çapar, biz köhlən |
|
Gündən günə köhnəl və köhnəl! |
|
Qədir ağacının meyvəsini yeyir kimlər ki |
|
Sən də ümid edirsən? |
|
Yenə nə yığışmısan? |
|
Sən yenə hara gedirsən? |
|
Qaçacam özümdən də |
|
Gizlənəcəm o ağacın kolgəsində |
|
O ağacı özüm əkmişəm |
|
Ya da çəkmişəm |
|
Sonra silmişəm |
|
Siz həyatı ciddiyə aldıqca |
|
Mən oyun bilmişəm |
|
İkiləşmişəm |
|
Bir tərəfim bağçaya gedəndə |
|
Bir tərəfim gedib işə |
|
Mən ən çox özümə gülmüşəm |