|
作词 : Pərviz Isaqov |
|
作曲 : Pərviz Isaqov |
|
Qaranlığa doğan Günəş kimi |
|
Üfüqünü tək mənə göstər |
|
Bu notlar sözlərin acizliyi |
|
Susacam, növbəti sətirin başına qədər |
|
Əsrarəngiz voyaj |
|
Ləpələr üzərində rəqs üçün əlimi tut! |
|
Bizə qonaq gəlib Pokal |
|
Mən razıyam, belə çöksün son sükut |
|
Ruhuma bütövlük hakim |
|
Sən məni tanıyırdın |
|
Bəs bu sınaqlar nə idi? |
|
Bəs məni niyə yoxlayırdın? |
|
Bilsəydik, daha əvvəl qovuşardıq |
|
Yooox! |
|
Axı, artıq bizə qədər hər şey yazılmışdı |
|
Biz bilirdik, bizə deməsələr də |
|
Biz axı, susa-susa danışmağı bacarırdıq |
|
Göstərməsək də |
|
Kölgələrlə rəqs məni yordu |
|
Səni də buludlar |
|
Odur ki, açıldı qanadlar |
|
Mən səmada |
|
Sən səmadan |
|
Oyanmağım gəlmir röyadan |
|
Şüalan! |
|
Qaçacam açaraq yeni cığırlar |
|
Mənə gərək deyil arzulamaq uğurlar |
|
Üstümdə nəzərin var |
|
Nədir bu hüdud!? |
|
Axı, niyə hər şey belə sehrli?! |
|
Sus! Yola davam! |
|
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... |
|
Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?! |
|
Mən yanındayam! |
|
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... |
|
Nədir bu hüdud!? |
|
Axı, niyə hər şey belə sehrli?! |
|
Sus! Yola davam! |
|
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... |
|
Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?! |
|
Mən yanındayam! |
|
Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir... |
|
Gəlsin gecə göy üzünə buludlar |
|
Töksün buludlar yerə damcılar |
|
Bəlkə, onda bu şəhər oyanar |
|
Bəlkə, onda səhər açılar |
|
Bəlkə ulduzların yerinə sən |
|
Səmada parlayaraq görünərsən |
|
Bəlkə də, onda bu mahnını mən |
|
Pıçıldayaraq oxuyaram və gülərsən |
|
Gecə yarı mən bu sözləri yazanda |
|
Sən yatırdın, sən yatırdın! |
|
Gözlərin yumulu, əlin alnında |
|
Mən isə sənin şəklinə baxırdım |
|
Çox axtardığım, amma tapdığım |
|
Sən uzaqda, yenə uzaqda |
|
Yazıram qədəri tərsinə çevirməkçün |
|
Bu sətirləri, sənə uzaqdan |
|
Çöksün yenə yer üzünə qaranlıq |
|
Yenə vərəqlər, yenə dost qələm |
|
Vursun məni bədbinlik bir anlıq |
|
Yazıram-yazıram nəticə yox hələ |
|
Beləcə, gecəni səhərə çevirmək istəyi |
|
Yenə qonaq gələ sətirlərə |
|
Bu gün günorta görüşmüşdük |
|
Əllərimdir ətir hələ |
|
Gecə yarı mən bu sözləri yazanda |
|
Sən yatırdın, sən yatırdın! |
|
Gözlərin yumulu, əlin alnında |
|
Mən isə sənin şəklinə baxırdım |
|
Çox axtardığım, amma tapdığım |
|
Sən uzaqda, yenə uzaqda |
|
Yazıram qədəri tərsinə çevirməkçün |
|
Bu sətirləri, sənə uzaqdan |